UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, qrup mərhələsinin birinci turunun oyunlarından sonra bu ada Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman layiq görülüb.
 
24 yaşlı vinger evdə İspaniya "Atletiko"sunu 4:0 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.
 
Qeyd edək ki, ÇL-də həftənin ən yaxşısı adına “Şaxtyor”dan Tete, “Yuventus”dan Alvaro Morata və “Leyptsiq”dən Anxelinyo da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest