Futbol üzrə Ermənistan Premyer Liqasında 9-cu turun iki oyunu təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
"Ararat" – "Alaşkert" və "Pünik" – "Noa" oyunları qonaq komandaların üzvlərində koronavirus aşkarlandığı üçün təxirə salınıb.
 
"Alaşkert"in 4, "Noa"nın isə 9 oyunçusunun koronavirus testi müsbət çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest