Futbol üzrə İspaniya La Liqasında 5-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Valyadolid" "Eybar"la qarşılaşıb. üç qolun qeydə alındığı bu matç qonaqların qələbəsiylə yekunlaşıb.
 
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Vilyarreal" 5-ci tur çərçivəsində "Atletiko" səfərinə yollanıb. Bu matçda qapılara qol vurulmayıb. "Elçe" – "Hueska" görüşü də qolsuz bitib. "Real Sosyedad" evdə "Xetafe"ni darmadağın edib. "Valensiya" isə doğma meydanda "Betis"ə uduzub.
 
İspaniya La Liqası
5-ci tur
3 oktyabr
 
Valyadolid – Eybar 1:2
Qol: Toni, 37 – Burqos, 29-pen. K.Rodriqes, 90.
 
Atletiko – Vilyarreal 0:0
 
Elçe – Hueska 0:0
 
Real Sosyedad – Xetafe 3:0
Qol: Oyarzabal, 28. Merino, 79. Portu, 81.
 
Valensiya – Betis 0:2
Qol: Kanales, 19. Telyo, 74.
 
4 oktyabr
 
14:00 Osasuna – Selta
16:00 Alaves – Atletik
18:00 Levante – Real
20:30 Kadis – Qranada
23:00 Barselona – Sevilya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest