Türkiyənin “Qalatasaray” klubu Avropa Liqasının pley-off mərhələsində Şotlandiyanın “Reyncers” komandasıyla qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, “sarı-qırmızılar” Qlazqo təmsilçisi ilə görüşdə Arda Turanın köməyindən istifadə edə bilməyəcək.
 
Bu barədə “Qalatasaray”ın mətbuat xidməti məlumat yayıb. Qripə yoluxan Arda “Reyncers”lə oyunun heyətinə salınmayıb.
 
Sabah keçiriləcək “Reyncers” – “Qalatasaray” oyununa saat 22:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest