"Hər komandanın öz hədəfləri var. Çox çalışıb oyuna ən yaxşı vəziyyətdə çıxmalıyıq"

"Məqsədimiz Avropa Liqasında qrupa düşməkdir. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik".

Matc.az xəbər verir ki, bu sözləri "Legiya"nın futbolçusu Filip Mladenoviç klubun rəsmi saytına açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

Serbiyalı müdafiəçi Azərbaycan çempionu ilə qarşılaşmadan qorxmadıqlarını bildirib: "Hər komandanın öz hədəfləri var. çox çalışıb oyuna ən yaxşı vəziyyətdə çıxmalıyıq. Komandama kömək etmək istəyirəm. Hamımız bu barədə düşünürük. Meydana hər şeyin yaxşı olacağı fikri ilə çıxıram. İnanıram ki, uğurlu nəticə qazanacağıq".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest