Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
 
öncə Zirədə bu qəsəbənin eyniadlı komandası "Sabah"ı qəbul edib. Turnir cədvəlində qonşu olan komandaların duelində kimin sevinəcəyi maraq doğururdu. Qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.
 
Tura "Qarabağ" – "Neftçi" matçı ilə yekun vurulub. Azərbaycan derbisi öncəsi hər iki komandada ab-hava yaxşı deyildi. çünki bu həftə sözügedən kollektivlər avrokuboklarda məğlubiyyət acısı yaşamışdı. Bu üzdən də tərəflər turun mərkəzi oyununda qələbə qazanmaqla ab-havanı yaxşılaşdırmağı hədəfləmişdilər. üç qolun qeydə alındığı bu görüşün də sonunda qonaqlar qələbəni bayram ediblər. 
 
Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" "Keşlə" ilə heç-heçəyə (0:0) razılaşıb, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabıyla qalib gəlib.
 
Azərbaycan Premyer Liqası
3-cü tur
20 sentyabr
 
Zirə – Sabah 0:2
Qol: X.S.Rodriqes, 51. K.Kubemba, 90+2.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı.
"Zirə İdman Kompleksinin stadionu". Saat 18:00.
 
Zirə: 1. Mateus Albino, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios çantakias, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 14. Rəşad Eyubov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 7. Coşqun Diniyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 98. Yusif İmanov, 8. Elşən Abdullayev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.
 
Qarabağ – Neftçi 1:2
Qol: K.Ovusu, 10 - V.Stankoviç, 12. N.Ələsgərov, 68.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
"Azersun Arena". Saat 20:15.
 
Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 8. Uroş Matiç, 77. Donald Gerye, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 2. Cabir Əmirli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 26. ömər Buludov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 91. Tallison Dias, 29. Sabir Buqrin, 20. Mert çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Füzuli Məmmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest