Bu gün 19 yaşadək futbolçular arasında AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılıb. Matç.az saytı xəbər verir ki, Şimali İrlandiyanın ev sahibliyi edəcəyi yarışa vəsiqələr uğrunda mübarizəyə qoşulacaq 52 komanda püşkdə 13 qrupa bölünüb. Portuqaliya isə bu raunddan azaddı.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri bəlli olub. 7-ci qrupunda çıxış edəcək yığmamız çexiya, Norveç və San-Marino ilə qarşılaşacaq.

Seçmə mərhələ 2019-cu ilin payızında keçiriləcək. Millimizin oyunlarının keçiriləcəyi ölkə hələlik dəqiqləşməyib.

Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında ən yaxşı nəticəyə malik olan yığma elit-raunda yüksələcək. Bu mərhələnin oyunları isə 2020-ci ilin yazında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest