Neymar Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta” ilə qarşılaşmada yeni rekorda imza atlb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu dünənki görüşdə 16 dəfə uğurlu driblinq edərək, 2019/20 mövsümünün rekordunu yeniləyib.

Buna qədərki ən yüksək göstərici “Barselona”nın kapitanı Lionel Messi və “Napoli”nin hücumçusu Lorenzo İnsinyeyə məxsus idi. Hər iki futbolçu bir oyunda 11 uğurlu driblinqlə yadda qalıb.

Qeyd edək ki, PSJ-nin “Atalanta” üzərində 2:1 hesablı qələbə qazandığı görüşdə Neymar 1 assist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest