Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər bu komandada çıxış edəcək.

"Zirə" Cəlal Hüseynovla yeni müqavilə imzalayıb. 
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə əvvəlki müqavilə 2022-ci ilin yayında başa çatmalı idi.
 
Yeni razılaşmaya əsasən futbolçu 2024-cü ilin yayına qədər bu komandada çıxış edəcək. 
 
Qeyd edək ki, Cəlal Hüseynov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest