"Mançester Siti"nin hücumçusu Serxio Aguero çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Real"a qarşı oyunu buraxacaq. Matc.az xəbər verir ki, argentinalı futbolçunun zədəsi hələ tam sağalmayıb.

Daha əvvəl oyunçunun bu oyuna çatdırılacağı bildirilsə də, mümkün olmadı. İspaniyanın Barselona şəhərində əməliyyat keçirən Aqueronun görüşə hazır olmadığı bildirilir.

Xatırladaq ki, 32 yaşlı hücumçu "Bernli"yə qarşı matçda (5:0) zədələnmişdi.

Qeyd edək ki, "şəhərlilər" ilk oyunda səfərdə "Real" 2:1 hesabı ilə məğlub edib. Cavab qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest