"Porto"nun futbolçusu Aleks Telles karyerasını İngiltərədə davam etdirə bilər.

Matc.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" sol cinah müdafiəçisi ilə maraqlanır. Məlumata görə, 27 yaşlı braziliyalı futbolçunu "çelsi" də heyətinə cəllb etmək niyyətindədir. Karyerası ilə bağlı son qərarı Aleksin özünün verəcəyi bildirilir. 

Qeyd edək ki, Telles 2016-cı ildə "Qalatasaray"dan Portuqaliya klubuna keçib. O, cari mövsüm komandası ilə 49 oyun keçirib və 13 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest