Qəbələdə təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununa çıxıb.
 
Matc.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Qəbələ” ilə üz-üzə gəlib.
 
Üç qolun qeydə alındığı matç meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb – 1:2. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə hesabı 6-cı dəqiqədə penaltidən fərqlənən Rauf Əliyev açıb. 80-ci dəqiqədə Hendrik Ekşteyn bakılıların hesabdakı üstünlüyünü daha da artırıb. 88-ci dəqiqədə isə meydan sahiblərinin gürcü legioneri Merab Giqauri matçda yekun nəticəni müəyyənləşdirib.
 
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl ilk yoxlama görüşündə "Zirə" ilə qolsuz heç-heçə etmişdi.
 
Yoxlama oyunu
31 iyul
 
Qəbələ – Səbail 1:2
Qollar: Merab Giqauri, 88 - Rauf Əliyev, 6-pen. Hendrik Ekşteyn, 80.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest