Futbol üzrə İspaniya La Liqasında 36-cı tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Açılış matçında "Osasuna" "Selta"yla qarşılaşıb. üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.
 
"Barselona" bu turda "Valyadolid" səfərinə yollanıb və minimal hesabla üstün olub. "Atletiko" isə "Betis"i qəbul edib. Madrid təmsilçisi də 3 xalı tək qolla əldə edib.
 
İspaniya La Liqası
36-cı tur
11 iyul
 
Osasuna – Selta 2:1
Qol: Enrik, 23. A.Xose, 90+1 – Mina, 10.
 
Valyadolid – Barselona 0:1
Qol: Vidal, 15.
 
Atletiko – Betis 1:0
Qol: D.Kosta, 74.
 
12 iyul
 
16:00 Espanyol – Eybar
19:00 Levante – Atletik
21:30 Leqanes – Valensiya
00:00 Sevilya – Malyorka
 
13 iyul
 
21:30 Alaves – Xetafe
21:30 Vilyarreal – Real Sosyedad
00:00 Qranada – Real

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest