“Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli Azərbaycan milli komandasının məşqçilər korpusunda yer alacaq. Matc.az xarici mətbuata istinadən xəbər verir ki,  albaniyalı futbolçu Canni De Byazinin köməkçiliyini edəcək.

64 yaşlı mütəxəssisin Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də yığmaya gətirəcəyi bildirilir.

Qeyd edək ki, 38 yaşlı müdafiəçi 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, hazırda ABŞ-ın “Nyu-York Kosmos” klubunda çıxış edir.

Aqolli ilə yanaşı,  bir dönəm “Krotone”də çalışan Benni Karbone ilə “Sampdoria”nın sabiq məşqçisi Klaudio Beluççinin də yığmanın məşqçilər korpusunda yer alacağı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest