"Barselona" İspaniya La Liqasının 34-cü turunda "Vilyarreal"ı məğlub edib – 4:1.
 
Matc.az xəbər verir ki, sözügedən qarşılaşmada bir qol vuran Luis Suares yeni uğura imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Belə ki, Suares, "Vilyarreal"la matçda da fərqlənərək, "Barselona"dakı qollarının sayını 194-ə çatdırıb. Uruqvaylı hücumçu Kataloniya klubunun tarixində ən çox qol vuran futbolçular siyahısının 3-cü pilləsində yer alan Laslo Kubalaya şərik olub. Hər iki oyunçunun aktivində 194 qol var.
 
"Barselona" tarixinin bombardiri isə 630 qolla Lionel Messidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest