“Bavariya” Almaniya Bundesliqasının 30-cu turunda səfərdə “Bayer”ə 4:2 hesabıyla qalib gəlib.
 
Matc.az xəbər verir ki, bu 4 qol sayəsində Münhen təmsilçisi cari mövsümdə rəqib qapılarından keçirdiyi topların sayını 90-a çatdırıb.
 
Bu isə Almaniya çempionatları tarixində yeni rekorddu. Münhenlilər bu məhsuldarlığa 30 oyuna nail olublar. Daha öncə Bundesliqada heç bir komanda 30 oyuna bu qədər qola imza atmamışdı.
 
Qeyd edək ki, 30 turdan sonra hesabında 70 xalı olan “Bavariya” Bundesliqada vahid liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest