"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində "Tottenhem" maraqlıdır.

London klubu 27 yaşlı oyunçunu heyətinə cəlb etmək niyyətindədir. Koutinyo ilə "çelsi" və "Mançester Yunayted" klubları da maraqlanır. Mövsümü icarə əsasında "Bavariya"da keçirən yarımmüdafiəçi yayda Almaniyadan ayrılacaq.

"Barselona"nın futbolçunu yenidən icarəyə verəcəyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest