Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Marsel Sabitzer bir müddət əvvəl koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.
 
Xəbərdə, Sabitzerin üç həftə əvvəl koronavirusa yoluxduğu bildirilib. Ancaq “Leyptsiq” bu məlumatı gizli saxlayıb.
 
Koronavirusa yoluxan və bu xəstəliyə qalib gələn Sabitzer, Bundesliqanın bərpa olunmasından sonra keçirilən iki görüşdə də iştirak edib. O, son turda “Maynts”la matçda (5:0) bir qol da vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest