Vyetnamda koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol yarışları bərpa olunub.
 
Matc.az xəbər verir ki, əvvəlcə ölkə kubokunun oyunlarına start verilib.
 
Koronavirusun yaratdığı fasilədən sonra baş tutan ilk oyunda azarkeşlər də iştirak edib. "Nam Din" və "Hoanqan Zyalay" komandaları arasında keçirilən qarşılaşmada "Nam Din" 2:0 hesablı qələbə qazanıb.
 
Vyetnam, koronavirusun səbəb olduğu fasilədən sonra azarkeşlərin iştirakı ilə futbolu bərpa edən ilk ölkədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest