“Şalke"də icarə əsasında çıxış edən "Barselona"nın müdafiəçisi Jan Kler Todibo karyerasını Premyer Liqada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, “Everton” futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, Kataloniya klubu oyunçuya 25 milyon avro qiymət qoyub. “Şalke” də Todibonu heyətinə cəlb etmək istəyir. Ancaq Bundesliqa təmsilçisi “Barselona”nın tələb etdiyi pulu ödəyə bilmir.

Gənc futbolçu ilə “Roma” və “İnter”in də maraqladığı iddia edilir. Lakin Todibo üçün tələb edilən məbləği yalnız “Everton” ödəməyə hazır olduğunu bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest