"Monako" transfer dönəmində köklü dəyişiklik etməyə hazırlaşır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik heyətdəki oyunçuların sayını xeyli azaltmaq niyyətindədir.

Məlumata görə, Liqa 1 təmsilçisi 30 futbolçusunu satmağı planlaşdırır. Rəhbərlik bu satışlardan 50 milyon avro gəlir əldə etmək istəyir. Klub koronavirus pandemiyasının yaratdığı maliyyə böhranından bu şəkildə qurtulmağı düşünür.

Qeyd edək ki,  "Monako"nun forvardı Vissam Ben Yedder "top" klubların hədəfindədir.                         

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest