"Mançester Siti"nin hücumçusu Serxio Aguero yayda klubunu dəyişə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı forvardla bir neçə komandanın diqqətindədir.

Məlumata görə, "Real" və "İnter" futbolçunun xidmətində maraqlıdır. Mançester təmsilçisi Aqueronu satmaq niyyətində deyil. Ancaq 31 yaşlı oyunçunun komandadan ayrıla biləcəyi qeyd edilir. Belə ki, İngiltərə klubunun avrokuboklardan kənar qalması Aqueronun getməsinə səbəb ola bilər.

Qeyd edək ki, təcrübəli hücumçu 2011-ci ildən "Mançester Siti"də çıxış edir. Onun "şəhərlilər"lə müqaviləsi 2021-ci ildə başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest