"Bundesliqanı dünyanın ən rəqabətli çempionatı sayıram. "Şalke" də bu liqanın güclü komandalarından biridi. Taktiki sistemə əsaslanan güclü futbol oynayırlar və rəqiblərinə çətin anlar yaşadırlar". Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, bunu "Porto"nun baş məşqçisi Serjiu Konseysau deyib.

"Əjdahalar" çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Şalke" ilə qarşılaşacaq. Oyunöncəsi mətbuat konfransında fikirlərini bildirən Konseysau rəqibin gücünü fərqləndirib.

Maraqlıdı ki, 44 yaşlı mütəxəssis "Qarabağ"la bağlı da maraqlı müqayisə aparıb: "Qrup mərhələsinin ən çətin oyununa çıxacağıq və buna hazırıq. İdmanla əlaqəsi olmayan şərhçidən mübahisəli bir fikir eşitdim. O, "Şalke"nin "Qarabağ"dan zəif olduğunu dedi. Belə şeylərə önəm vermirəm. Sadəcə, "Porto"nun zəhmətini kiçiltməyə çalışan açıqlama məni narahat edir. Biz köpək balığı tutmuruq. Ancaq köpək balığı və iki delfinin olduğu qrupdan çıxmaq daha asandı. Biz isə balanslı qrupda mübarizə aparırıq. Hansı ki, burdan çıxmaq daha çətindi".

Qeyd edək ki, "Draqao" stadionunda keçiriləcək "Porto" – "Şalke" matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest