Mayın 9-da başlamağı planlaşdırılan Almaniya Bundesliqası koronavirus infeksiyasının yeni dalğası səbəbindən sual altına düşüb. Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, Almaniya hökümətinin karantin rejimində yumşalmaya getməsinin ardından koronavirusa yoluxanların sayında artım baş verib. Bu səbəbdən də karantin qaydaları yenidən sərtləşdirilə bilər. Belə vəziyyətdə isə mövsümün yenidən başlaması təxirə salınmalı olacaq.

Əvvəl bildirilmişdi ki, mövsüm yenidən başlasa, oyunçular maskalarla mübarizə aparacaq. Bununla yanaşı, qarşılaşmalar hər 15 dəqiqədən bir dayanacaq ki, futbolçular qoruyucu vasitələrini dəyişdirə bilsinlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest