"Bavariya"nın hücumçusu Robert Levandovski Almaniya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, "Arsenal"ın əfsanəsi Terri Anrinin özünüz kumiri olduğunu açıqlayıb:

"10-14 yaşım olanda Del Piero mənim üçün ən yaxşı oyunçu idi. Sonra Anri kumirimə çevrildi. O, möhtəşəm idi. Yalnız qol vurmurdu, həm də komanda üçün hər şeyi edirdi. "Arsenal"da fərqli vəziyyətlərdən rahat qol vurduğunu xatırlayıram. Əslində, həmin epizodlar ona asan görünürdü. Mən də çox qol vurmaq istəyirdim və ondan çox şey öyrənmişəm. Anri kimi oyunçu olmaq istəyirdim, ancaq Robert Levandovski oldum. Onunla ilk görüşümdə "mən uşaqlıq qəhrəmanımla tanış oldum" demişdim. Ancaq indi o, mənim köynəyimi istəyir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest