PSJ-nin hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, təcrübəli forvard "Atletiko" ilə danışıqlara başlayıb.

33 yaşlı oyunçu mövsüm sonu Paris klubundan ayrılacaq. Kavani ilə bir neçə klubun maraqlandığı bildirilir. Ən əsas namizəd "Boka Xuniors" olsa da, klub rəhbərliyi bu yaxınlarda oyunçunu alacaq maliyyə güclərinin olmadığını açıqladı.

Fransa mətbuatı isə hücumçunun "Atletiko" ilə danışıqlara başladığını yazıb. Uruqvaylı futbolçu bundan öncə Madrid təmsilçisi ilə razılaşmamışdı. Kavani klubun bir ilik təklifinin az olduğunu bildirmişdi. Ancaq tərəflər arasında danışıqların yenidən bərpa olduğu qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest