“Mançester Yunayted” “Real”ın üzvü Federiko Valverdeni transfer etmək istəyir. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, İngiltərə təmsilçisi 21 yaşlı futbolçunu heyətinə qatmağı düşünür. Mançester təmsilçisi bunun üçün qarşı tərəfə rəsmi təklif də göndərib. Ancaq “Real” oyunçunu satmaqda maraqlı deyil. Madrid klubu “qırmışı şeytanlar”a Valverdini almaq üçün oyunuçunun müqaviləsindəki sərbəst qalma maddəsini təklif edib. Belə ki, uruqvaylı futbolçunun sözləşməsinə görə, 500 milyon avro qarşılığında istədiyi kluba gedə bilər.

Qeyd edək ki, Federiko bu mövsüm La Liqada 22 matç keçirib və 2 qol vurub. Oyunçunun “Real”la müqaviləsi 2025-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest