“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer İngiltərə Kubokunun 1/8 final mərhələsində “Debrbi Kountri”yə qarşı qələbəni (3:0) şərh edib. Matc.az xəbər verir ki, norveçli mütəxəssis komandasının çıxışından razı qalıb:

“3:0 hesabı ilə qalib gəlmək rahat bir oyun keçdiyini göstərir. Ancaq bu gün bir neçə narahatedici məqamlar var. Deyərdim ki, iki qol vurduqdan sonra daha yaxşı çıxış etdik. Şou cinahda pis təsir bağışlamır. Zədədən sonra çox çalışdı. Hələ hücumda da itkilərimiz var. Onun üçü İqalonun olması bizə kömək etdi. Yaxşı qollar vurur. Onun ilk qolunu çox az forvardlar vura bilər. Heyətdə istedadlı oyunçularımız var. Maquayrın ayaq biləyində burxulma oldu. Ona istirahət vermək niyyətində deyildim. Ümid edirəm ki, “Mançester Siti” ilə görüşdə meydanda olacaq”.

Sulşer “qırmızı şeytanlar”ın əfsanəvi futbolçu Ueyn Runinin də performansından söz açıb:

 “Runini hamı sevir. Bütün fanatlar onun "Mançester Yunayted" üçün etdiklərini yüksək qiymətləndirirlər. Bu gün möhtəşəm oynadı”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest