Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.
 
İkinci yarımfinal görüşü “Qranada” ilə “Atletik” arasında baş tutub. Səfərdə minimal hesabla uduzan “Qranada” doğma meydanda qələbə qazansa da, növbəti mərhələyə yüksələn tərəf səfər qoluna imza atmağı bacaran “Atletik” olub.
 
Beləliklə, aprelin 18-də keçiriləcək final qarşılaşmasında “Real Sosyedad”la “Atletik” üz-üzə gələcək.
 
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
4 mart
 
Mirandes – Real Sosyedad 0:1 (1:2)
Qol: Oyarzabal, 41-pen.
 
5 mart
 
Qranada – Atletik 2:1 (0:1)
Qol: C.Fernandes, 48. Q.Sançes, 76 – Berçiçe, 81.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest