"Liverpul"un hücumçusu Muhammed Salahın Premyer Liqanın 27-ci turunda “Vest Hem”ə vurduğu qol əlamətdar olub. Matc.az xəbər verir ki, misirli futbolçu bununla klubun tarixinə keçib.

Belə ki, 27 yaşlı forvard  “Liverpul”da 69-cu qolunu vurub. O, klub tarixinin Luis Suareslə bərabər ən çox fərqlənən dördüncü oyunçusu olub.

"Qırmızılar"ın Premyer Liqada digər ən çox qol vuran üç futbolçusu Maykl Oven (118), Stiven Cerrard (120) və Robbi Foullerdir (128).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest