Xavi yayda "Barselona"nın baş məşqçisi ola bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Hazırda Qətərin “Əl Sadd” klubunu çalışdıran ispaniyalı yanvarda Kataloniya təmsilçisinin təklifini geri çevirib. Ancaq mövsümün sonunda Xavinin  şərtləri qəbul edilərsə, o, “Barselona”nın baş məşqçisi ola bilər. Belə ki, gənc mütəxəssis klub rəhbərliyindən transferlərə maksimum nəzarət etmək  və qardaşı Oskarın məşqçilər heyətinə daxil edilməsini istəyib. Xavi eyni zamanda “Barselona”nın tibb xidmətinin rəhbərinin də dəyişdirilməsini tələb edib.

Qeyd edək ki, komanda hazırkı baş məşqçi Kike Setyenlə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest