İsrailə 1:4 hesabı ilə uduzan, Gürcüstanı 2:1 hesabı ilə yenən Vüqar Məmmədin yetirmələri ardıcıl 2-ci dəfə 3 xala sevinib. İlk yarıda Murad Mahmudovun qolu ilə hesabda önə keçən millimiz fasilədən sonra Kamran Quliyevin dublu ilə böyükhesablı qələbə qazanıb - 3:0.
Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I qrupunda son oyunlar keçirilib. Matç.az saytı xəbər verir ki, Azərbaycan yığması III turun qarşılaşmasında Lixtenşteynlə üz-üzə gəlib.
İsrailə 1:4 hesabı ilə uduzan, Gürcüstanı 2:1 hesabı ilə yenən Vüqar Məmmədin yetirmələri ardıcıl 2-ci dəfə 3 xala sevinib. İlk yarıda Murad Mahmudovun qolu ilə hesabda önə keçən millimiz fasilədən sonra Kamran Quliyevin dublu ilə böyükhesablı qələbə qazanıb – 3:0.
Bu qələbədən sonra komandamız xal hesabını 6-ya çatdırıb. Millimizin taleyinin müəyyənləşməsində qrupun digər matçının da rolu böyük olub.
Həmin görüşdə qrup oyunlarını qəbul edən Gürcüstan hesabında 2 qələbə olan İsraillə qarşılaşıb. Matçın heç-heçə başa çatması millimizi 2-ci yerin sahibi kimi elit-raunda daşıyıb.
19 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ, I qrup
III tur, 20 noyabr
Lixtenşteyn – Azərbaycan - 0:3
Qollar: Murad Mahmudov, 14, Kamran Quliyev, 64, 69
Tiflis. Mixail Mesxi adına stadion. 2-ci meydança. Hakimlər: Erik Lambrexts, Karel de Roker (hər ikisi Belçika), Georgi Elikaşvili, Aleko Aptsiauri (hər ikisi Gürcüstan)
İsrail - Gürcüstan - 1:1
Qollar: Eden Karzev, 42-p. - Zuriko Davitaşvili, 17
1 |
İsrail |
3 |
2 |
1 |
0 |
7-3 |
7 |
2 |
Azərbaycan |
3 |
2 |
0 |
1 |
6-5 |
6 |
3 |
Gürcüstan |
3 |
1 |
1 |
1 |
9-3 |
4 |
4 |
Lixtenşteyn |
3 |
0 |
0 |
3 |
1-12 |
0 |