Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" yoxlama görüşü keçirib. Matç.az saytının məlumatına görə, aşağı liqa təmsilçisinin rəqibi Bundesliqa klubu "Herta" olub.
Bundesliqanın ortabablarından sayılan berlinlilərlə görüş 1:1 hesabı ilə nəticələnib. Qarşılaşmada hesabı "Aue" açsa da, ikinci hissədə bərabərlik bərpa olunub.
Nazarov yığmamızın düşərgəsində Millətlər Liqası matçlarına hazırlaşdığı üçün bu oyunda iştirak etməyib.