"Hansısa təklifi düşünmədən rədd etmək fikrim yoxdu. Ancaq yenidən Hollandiyada çalışacağıma inanmıram"

Hollandiyalı mütəxəssis Gerrit Yan Verbekin Azərbaycanda çalışmaq imkanı olub. Matç.az saytı xəbər verir ki, bu barədə 56 yaşlı məşqçi özü yerli mətbuata açıqlamasında məlumat verib.

Bu ilin martında "Tvente"dən istefaya göndərilən Verbek yay fasiləsində iki ölkədən təklif aldığını söyləyib: "Tvente"dən ayrıldıqdan sonra təkliflə bağlı problem yaşamadım. Məsələn, yayda müntəzəm olaraq Qazaxıstan və Azərbaycandan gələn təklifləri nəzərdən keçirdim. Bu ölkələrdə işləməkdə maraqlı olub-olmadığımı tez-tez soruşurdular".

O, karyerasını ölkə xaricində davam etdirməyin daha inandırıcı olduğunu söyləyib: "Hansısa təklifi düşünmədən rədd etmək fikrim yoxdu. Ancaq yenidən Hollandiyada çalışacağıma inanmıram. Yeni ili yeni klubla qarşılaya bilərəm. Bu, məndən asılıdı. İndiki vəziyyətdə yalnız aşağı liqaya düşməmək uğrunda mübarizə aparan kluba keçmək mümkündü. Bunun üçün ac olub-olmadığımı bilmirəm".

Qeyd edək ki, Gerrit Yan Verbek karyerası ərzində "Herakles", "Herenven", "Feyenoord", "Alkmar", "Nürnberq", "Bohum" və "Tvente"ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest