Karlo Ançelotti "Everton"un "sükanı arxası"na keçməyəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi italiyalı mütəxəssisin xidmətindən imtina edib.

Liverpul klubunun rəhbərliyi 60 yaşlı çalışdırıcı ilə uğurlu çıxışa inanmır. Klubdan verilən açıqlamaya görə, yeni baş məşqçi axtarışları davam edir. Bu müddətdə komandaya Dankan Ferqyuson rəhbərlik edəcək.

Qeyd edək ki, Karlo Ançelotti yenicə "Napoli"dən qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest