"çelsi" klubu transfer qadağası ilə üz-üzədi. Matç.az saytı xəbər verir ki, bu barədə "Football Leaks" məlumat yayıb.
Bildirilir ki, London təmsilçisi 18 yaşdan aşağı futbolçuların transferi zamanı FİFA-nın qaydalarını pozub. İngilislərin konkret 19 transferdə başı ağrıya bilər. Belə ki, 2013-2014-cü illərdə "çelsi" yeniyetmə oyunçuların transferində qanunsuzluğa yol verib.
Xəbərdə kluba 4 transfer dönəmi qadağası qoyulacağı qeyd edilib.