Avropa Liqasında qrup mərhələsinin II turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA bu ada 4 iddiaçını müəyyənləşdirib.

Maraqlıdı ki, namizədlərin hamısı dünən dubl müəllifi olanlardı. Alfredo Morelos ("Reyncers") "Rapid", Patrik Kutrone ("Milan") "Olimpiakos" üzərində eyni - 3:1 hesablı qələbələrdə 2 qolla pay sahibi olmağı bacarıb. Leo Lima (PAOK) BATE ilə görüşdə 4:1, İslam Slimani ("Fənərbaxça") Trnava "Spartak"ı ilə matçdakı 2:0 hesablı qələbədə dublla iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest