Dortmund "Borussiya"sı ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin futbolçusu Tomas Dileyni zədələnib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, Danimarka millisinin AVRO-2020-nin seçmə mərhələsində İrlandiya ilə qarşılaşdığı oyunda (1:1) zədələnib.
Dileyni gələn ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacaq.