"Leqanes"in baş məşqçisi Xavyer Aqirre maraqlı açıqlamalarla diqqət çəkib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, meksikalı mütəxəssis La Liqanın növbəti turunda "Barselona" ilə keçiriləcək oyuna toxunub.

61 yaşlı çalışdırıcı, xüsusən də, rəqibin kapitanı Lionel Messi haqda ağızdolusu danışıb. O, argentinalını dayandırmağın yollarını heç cür tapa bilmədiklərini etiraf edib: Messinin qarşısını necə almaq haqda heç bir fikrim yoxdu. Çünki çalışdırdığım heç bir komandam bunu bacarmayıb. Onun üçün cərimə zərbələri penalti kimidi. Bu günlərdə köməkçilərimdən biri təklif etdi ki, cərimə zərbəsi olarsa, Messinin qarşısına canlı sədd qoymayaq. Ancaq bildirdim ki, əgər Messini qapıçımız İvan Kuelyarla təkbətək qoysam və 10 top versəm, Messi 11 qol vuracaq. Buna görə razılaşmadım".

Kuelyar Leonu zərərsizləşdirmək üçün yeganə yolun qaydanı pozmaq olduğunu düşünür: Messinin qol vurmasının qarşısını almaq üçün çox yolu müzakirə etmişik. Oyunçulardan birini dirəyin yanına qoyduq, digərinin yerdə uzanmasının çıxış yolu olduğunu düşündük. Bir sözlə, 20 mindən çox yola əl atdıq, amma heç birinin xeyri yoxdu. Bu üzdən ən məntiqlisi ona qarşı qaydanı pozamaqdı. Amma bu da mümkün olmur. Çünki bu cani bütün oyunçuları rahat keçməyi bacarır”.

Qeyd edək ki, "Leqanes" - "Barselona" oyunu noyabrın 23-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest