AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. Matc.az xəbər verir ki, o, qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Albaniya - Şotlandiya qarşılaşmasında iş başında olacaq.
Belə ki, noyabrın 8-də "Elbasan Arena"da baş tutacaq matçda Könül Mehtiyeva UEFA nümayəndəsi olacaq.