Futbol üzrə İtaliya A Seriyasında 8-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib. 

"Kalyari" SPAL-ı, "Udineze" "Torino"nu, "Parma" "Cenoa"nı məğlub yola salıb. "Sampdoriya" – "Roma" matçında hesab açılmayıb.

"İnter" bu turda "Sassuolo" səfərinə yollanıb. Yeddi qolun qeydə alındığı qarşılaşma Milan təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb. 

Mövsümə uğursuz start verən "Milan" isə "Leççe"ni sınağa çəkib. Dörd qolun vurulduğu bu görüşdə isə qalib müəyyənləşməyib.

İtaliya A Seriyası
8-ci tur

19 oktyabr

Latsio – Atalanta 3:3
Qol: İmmobile, 69-pen; 90+3-pen. Korrea, 70 – Muriel, 23; 28. A.Qomes, 37.

Napoli – Verona 2:0
Qol: Milik, 37; 67.

Yuventus – Bolonya 2:1
Qol: Ronaldo, 19. Pyaniç, 54 – Danilo, 26.

20 oktyabr

Sassuolo – İnter 3:4
Qol: Berardi, 16. Dyuriçiç, 74. Boqa, 82 – L.Martines, 2; 71-pen. Lukaku, 38; 45-pen.

Kalyari – SPAL 2:0
Qol: Naynqqolan, 9. Faraqo, 67.

Sampdoriya – Roma 0:0

Udineze – Torino 1:0
Qol: Okaka, 42.

Parma – Cenoa 5:1
Qol: Kuçka, 38. Kornelius, 42; 45+1; 50. Kuluşevski, 79 – Pinamonti, 52.

Milan – Leççe 2:2
Qol: H.çalhanoğlu, 20. Pyontek, 81 – Babakar, 62. Kalderoni, 90+2.

21 oktyabr

22:45 Breşiya – Fiorentina

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest