FIFA referilərimiz UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar. Matc.az saytı xəbər verir ki, UEFA Rəhim Həsənov və Rauf Cabarova təyinat verib.

Həsənov oktyabrın 23-də “Liepaya” (Latviya) - “Portu” (Portuqaliya) qarşılaşmasını idarə edəcək. Ona Mübariz Haşımov və Rza Məmmədov kömək edəcəklər.

Noyabrın 6-dakı “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) qarşılaşmasında isə Cabarov fit çalacaq. Həmin görüşdə Namik Hüseynovla Pərvin Talıbov yan xətt hakimi olacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest