Cənubi amerikalı klub rəsmisinə hücum çəkərək onunla əlbəyaxa olmaq fikrinə düşüb. Salihamiciçə "Siz yanılırsız" deyən Rodriges qısa müddətdə ikinci dəfə qalmaqalın qəhrəmanına çevrilib.

Cari mövsüm idealdan uzaq səviyyədə çıxış edən "Bavariya" növbəti xoşagəlməz halla üzləşib. Matç.az saytı xəbər verir ki, bu dəfə komanda daxili ab-havanın korlandığı təsdiqlənib.

Belə ki, "Mayns"la qarşılaşmada əvəzlənən Xames Rodriges bundan hiddətlənib. Komandanın idman direktoru Hasan Salihamiciç ona yaxınlaşıb, əlini sıxmaq istəyəndə kolumbiyalı "partlayıb".

Cənubi amerikalı klub rəsmisinə hücum çəkərək onunla əlbəyaxa olmaq fikrinə düşüb. Salihamiciçə "Siz yanılırsız" deyən Rodriges qısa müddətdə ikinci dəfə qalmaqalın qəhrəmanına çevrilib.

Hames bir neçə həftə əvvəl baş məşqçi Niko Kovaçın yoxluğunda onu tənqid etməsi ilə diqqət mərkəzinə düşmüşdü. "Biz Frankfurtda deyilik" mesajını verən Hames Kovaçın "Ayntraxt"dan gəlməsinə, "Bavariya"nın çalışdırmağın əvvəlki klubundan fərqləndiyinə eyham vurmuşdu.

Hamesi son zamanlar belə hirsli olması heyətə düşməkdə çətinlik çəkməsi ilə izah olunur. Karlo Ançelotti və Yupp Haynkesin baş məşqçi olduğu dövrdə "Bavariya"nın əsas heyət oyunçusu olan yarımmüdafiəçi bu statusu çoxdan itirib. Kovaçın gəlişindən sonra ehtiyatda qalmağa başlayan kolumbiyalı 13 turda 639 dəqiqə şans qazanıb ki, bu da mümkün olanın 55 faizini təşkil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest