Futbol üzrə Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma keçirilib.
Mövsümə uğursuz start verən "Beşiktaş" bu turda lider "Alanyaspor"u qəbul edib. İstanbul təmsilçisi bu oyunda qonaqlara cari mövsümün ilk məğlubiyyətini yaşadıb.
Günün digər oyunlarına gəlincə, "Sivasspor" "Ankaragücü"nü məğlub yola salıb. "Başakşəhər" səfərdə "Qaziantep"i, "Trabzonspor" isə "Rizəspor"u məğlub edib.
Türkiyə Super Liqası
7-ci tur
4 oktyabr
Fənərbaxça – Antalyaspor 0:1
Qol: U.Akyol, 6.
Yeni Malatyaspor – Dənizlispor 5:1
Qol: Yahoviç, 28-pen; 61-pen; 69; 90+2. Donald, 34 – Rodalleqa, 65.
5 oktyabr
Kasımpaşa – Konyaspor 1:4
Qol: V.Sarı, 45 – ö.A.Şahiner, 21. Yevtoviç, 45-pen. Miya, 45; 63.
Göztəpə – Kayserispor 4:0
Qol: A.öztürk, 7. S.Aydoğdu, 42. Napoleoni, 45; 50.
Gənclərbirliyi – Qalatasaray 0:0
6 oktyabr
Sivasspor – Ankaragücü 3:1
Qol: M.Yandaş, 26; 48. Yatabare, 90+1 – Orgill, 15.
Beşiktaş – Alanyaspor 2:0
Qol: B.Yılmaz, 52-pen. Diabi, 69.
Qaziantep – Başakşəhər 1:2
Qol: Tvumasi, 24 – Krivelli, 13; 71.
Rizəspor – Trabzonspor 1:2
Qol: Melnyak, 23 – Sorlot, 73. Nvakaeme, 90.