Futbol üzrə Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha beş görüş baş tutub.
Lider "Bavariya" bu turda "Hoffenhaym"ı qəbul edib. Münhen təmsilçisi bu oyunda gözlənilməz məğlubiyyətlə üzləşib.
Dortmund "Borussiya"sı isə "Frayburq" səfərinə yollanıb. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.
Turun maraqla gözlənilən qarşılaşmasında "Leyptsiq" səfərdə "Bayer"lə qarşılaşıb. Bu görüş də heç-heçə yekunlaşıb.
Almaniya Bundesliqası
7-ci tur
4 oktyabr
Herta – Fortuna 3:1
Qol: İbişeviç, 37. Dilrosun, 44. Darida, 62 – Henninqs, 32-pen.
5 oktyabr
Bayer – Leyptsiq 1:1
Qol: Volland, 66 – Nkunku, 78.
Bavariya – Hoffenhaym 1:2
Qol: Levandovski, 73 – Adamyan, 54; 79.
Frayburq – Borussiya (Dortmund) 2:2
Qol: Valdşmidt, 55. Akanji, 89-öz qapısına – Vitsel, 20. Hakimi, 67.
Paderborn – Maynts 1:2
Qol: Zolinski, 14 – Kayson, 8. Brosinski, 32-pen.
Şalke – Köln 1:1
Qol: S.Serdar, 71 – Hektor, 90.
6 oktyabr
15:30 Borussiya (Münhenqladbax) – Auqsburq
17:30 Volfsburq- Yunion
20:00 Ayntraxt – Verder