"Messinin ən yaxşı seçilməsini qəbul etməliyik. Düşünmürəm ki, bizi müqayisə etmək mümkün olsun. Çünki meydandakı vəzifələrimiz fərqlidi. Mən müdafiəçiyəm, o isə hücumçudu. Bir daha sübut olundu ki, Messi ilə müqayisə edilmək mümkün deyil".

"Liverpul"un müdafiəçisi Vircil van Deyk "Barselona"nın kapitanı Lionel Messinin FIFA tərəfindən aparılan səsvermənin nəticəsinə görə, ilin ən yaxşı futbolçu seçilməsinə münasibət bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatın görə, hollandiyalı futbolçu argentinalının buna layiq olduğunu etiraf edib.

Van Deyk onun üçün komandanın uğurunun önəmli olduğunu söyləyib: "Messinin ən yaxşı seçilməsini qəbul etməliyik. Düşünmürəm ki, bizi müqayisə etmək mümkün olsun. çünki meydandakı vəzifələrimiz fərqlidi. Mən müdafiəçiyəm, o isə hücumçudu. Bir daha sübut olundu ki, Messi ilə müqayisə edilmək mümkün deyil. Əlbəttə, burda olmaqdan qürur duyuram. Bu titulu qazanmadığım üçün məyus deyiləm. Komandanın qazandığı titullar mənim üçün daha vacibdi. Mövsüm ərzində gördüyümüz işlərdən sonra rəmzi komandaya düşmək xoşdu".

Qeyd edək ki, Lionel Messi 46%, Vircil van Deyk 38%, Kriştianu Ronaldo isə 36% səs toplayıb. Bununla Messi karyerasında 6-cı dəfə ilin ən yaxşısı seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest