Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Vorskla" – "Qarabağ" görüşünün hakimləri müəyyənləşib. Matç.az saytının məlumatına görə, UEFA Ukraynada keçiriləcək oyunu isveçrəli hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanın baş hakimi Sandro Şarer olacaq. Ona Stefan De Almeyda və Bekim Zoqay köməklik edəcək. Raffael Zeder dördüncü hakim funksiyasını yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Alain Bieri və Lukas Fandrix olacaq.

Referilərin işinə almaniyalı hakim-inspektor Edqar Steinborn qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Klaus Kristensen (Danimarka) olacaq.

Qeyd edək ki, noyabrın 8-də keçiriləcək "Vorskla" – "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest