Vaxtilə ölkəmizdə çalışmış Pyotr Noyştedter işlədiyi ölkələr barədə danışıb. Rusiya millisinin üzvü Roman Noyştedterin atası Qazaxıstandakı infrastrukturun Azərbaycandan yaxşı olduğunu söyləyib.

Vaxtilə ölkəmizdə çalışmış Pyotr Noyştedter Rusiya mətbuatına geniş müsahibə verib. Matc.az saytı xəbər verir ki, 53 yaşlı mütəxəssis işlədiyi ölkələr barədə danışıb.

Rusiya millisinin üzvü Roman Noyştedterin atası Qazaxıstandakı infrastrukturun Azərbaycandan yaxşı olduğunu söyləyib: "Kayrat" akademiyasının potensialı böyükdü. Ordakı şərait yüksək səviyyədədi və dünya səviyyəli futbolçu yetişdirmək olar. Mən Azərbaycanda işləyəndə 34-40 metrlik yerim var idi. O sahədə 4 komandaya məşq etdirirdim. Düzgün məşqlər seçərək fərqi azalda bilərsiniz. Ancaq infrastruktur böyük rol oynayır".

Qeyd edək ki, Pyotr Noyştedter ölkəmizdə "Rəvan" və "İnter"in Uşaq və Gənclər Futbol Məktəbin rəhbəri vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest