"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, fransalı futbolçu 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin digər suallarını da cavablandırıb:
 
- "Sevilya" ilə oyun öncəsi əsas rəqib üzərində qələbə böyük motivasiya oldu?
- ümumiyyətlə, hər oyun bizim üçün motivasiyadı. Bilirdik ki, önəmli oyun idi. ümid edirəm ki, bu qələbə "Sevilya" ilə oyun öncəsi bizim xeyrimizə olacaq.
 
- ötənilki mübarizədən sonra gözlənilirdi ki, "Neftçi" yenə də "Qarabağ"a çətinlik yaşadacaq. Ancaq xal fərqi böyüyüb və indidən "Qarabağ"ın çempionluğundan danışanlar var...
- çempionat yeni başlayıb, qarşıda uzun marafon var. İndidən nəyinsə qazanıldığını demək olmaz. Biz də büdrəməməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxacağıq. 
 
- "Sevilya" ilə oyunda "Qarabağ"dan nə gözləmək olar? İspaniya klubunda yayda böyük dəyişikliklər olub. Əndəlüsiyalılardan Bakıda xal almaq olar?
- "Sevilya"dan yaxşı futbolçular getsə də, əvəzlərinə eyni səviyyədə olan oyunçular gəlib. çalışacağıq ki, əlimizdən gələni edək və "Sevilya" qarşısında yaxşı performans göstərək.
 
- Qrupdan çıxmaq şanslarını necə hesab edirsən?
- Heç kəs indidən nəsə deyə bilməz. Qrupda əlimizdən gələni edəcəyik. Ən yaxşısı üçün çalışacağıq.
 
- Driblinqləri sevən futbolçusan və bu, səndə uğurlu alınır. "Sevilya"nın müdafiəçilərinə qarşı bunu tətbiq edəcəksən?
- Mən bilmirəm, dostum. Ən yaxşı oyunlardan birini keçirməyə çalışacam.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest