"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt"la səfər oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Uşaqlara sonadək səbr etdiklərinə görə təşəkkür edirəm. Sumqayıtda yerli azarkeşlər daim möhtəşəm olub. Bu da səfərdə oynayan komandaya çətinliklər yaradır. Komandamızı təbrik edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest